Qətərin "Əl Qaraf" klubunun baş məşqçisi Artur Ziko istefaya göndərilib.
Qol.Az-ın xəbərinə görə, bu barədə klubun prezidenti Al Mansur məlumat verib. O, komandaya istənilən nəticələri qazandıra bilmədiyi üçün təcrübəli mütəxəssislə yolları ayırdıqlarını deyib.
Milli.Az əlavə edir ki, "Ağ Pele" ləqəbli Ziko 2006-cı ildən 2008-ci ilə kimi "Fənərbağça"nın baş məşqçisi olub. O, bu klubla Türkiyə çempionu olub və superkuboku qazanıb.
Qeyd edək ki, Braziliya millisinin keçmiş çalışdırıcısı ötən ilin yanvarında "Əl Qaraf"ın başına keçmişdi.
Milli.Az