100 milyon insanı öldürən xəstəlik geri qayıda bilər
30 Yanvar 2014 14:34
Bir zamanlar Avropa əhalisinin yarısını öldürən dəhşətli xəstəlik geri qayıdır. Beynəlxalq alimlər qrupu müəyyən edib ki, "Yustinian taunu" və "Qara ölüm" geri qayıdaraq bəşərriyyətin izini yer üzündən silə bilər.
Bu xəstəliklər bir zamanlar Avropada yayılmışdı və hər biri qitə əhalisinin yarısının ölümünə səbəb olmuşdu. Bu xəstəliklərin biri öz-özünə yox olmuşdu. Digəri isə 1800-cü illərdə yenidən qayıdıb və bütün dünyaya yayılıb.
Alimlər bəzi amillərə istinad edərək bildirirlər ki, taun yenidən geri dönə bilər.
Qədimlik və DNT mərkəzinin direktoru, dosent Hendrik Poynar və İnfeksion xəstəliklər institutunun tədqiqatçısı Maykl DeQrut deyirlər ki, aparılan tədqiqatlar yeni suallar ortaya çıxarıb. Misal üçün, nəyə görə həmin pandemiya nəticəsində 50-100 milyon adam ölüb?
Nəticələr nisbidir, çünki Roma imperiyasının süqutuna səbəb olan Yustinian taunu barədə kifayət qədər məlumat yoxdur. 800 il sonra yenidən meydana gələn taunla həmin xəstəlik arasındakı əlaqə barədə də məlumat yoxdur.
Alimlər ümid edirlər ki, həmin xəstəliklər haqqında əldə edilən məlumatlar mövcud infeksion xəstəliklərin, o cümlədən hər il minlərlə adamın ölümünə səbəb olan taunun dinamikasının anlaşılmasına səbəb olar.
MakMaster, Şimali Arizona və Sidney universitetlərinin alimləri Yustinian taununun qurbanı olmuş iki nəfərin diş hüceyrələrini araşdırıblar. Həmin şəxslər 1500 il əvvəl Almaniyanın Bavariya vilayətində basdırılmışdılar.
Həmin nümunələri araşdırarkən alimlər "Yersinia Pestis" bakteriyasını tapıblar. Həmin bakteriya taunun yaranmasına səbəb olub. Alimlər həmin bakteriyanın məlumatlarını müasir dövrdəki yüzlərlə mövcud bakteriya ilə müqayisə edə biliblər.
Şimali Arizona universitetinin mikrob genetikası mərkəzinin professoru Deyv Vaqner iddia deyir ki, Yersinia Pestis bakteriyası gəmiricilərdən insanlara keçir. Həmin daşıyıcı gəmiricilər isə hazırda dünyanın çox yerində var. Tədqiqatçılar ehtimal edirlər ki, pandemiya yenidən başlaya bilər.
"Xoşbəxtlikdən, indi bizdə antibiotiklər var. Həmin antibiotiklər sayəsində taunun effektiv müalicəsi mümkündür. Bu da ki, xəstəliyin geniş miqyaslı pandemiyaya çevrilməsinin qarşısını alır", - o əlavə edib.
Milli.Az