Evində qadın satanlar tutuldular

30 Yanvar 2014 13:39

Bakı şəhər sakininin qadınları Rusiya Federasiyasına aparıb cinsi istismara məruz qoyması müəyyən edilib

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kəmalə Məmmədzadə və Turan Ələkbərov saxlanılıblar. Onlar gəlir əldə etmək məqsədi ilə Bakı şəhərində yaşadıqları mənzillərdə əxlaqsızlıq yuvaları təşkil ediblərmiş.

Bundan əlavə, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Esmira Mayılova da tutulub. E.Mayılovanın qadınları Rusiya Federasiyasına aparıb cinsi istismara məruz qoyması müəyyən edilib.

Milli.Az