Azərbaycanda yanacaqdoldurma məntəqəsi bağlandı

30 Yanvar 2014 12:39

Lerik rayonu ərazisindəki stansiyada bir sıra qanun pozuntuları aşkar edilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Lənkəran ərazi idarəsi, Lerik rayonu ərazisində dövlət nəzarəti planına uyğun xidmət apararkən, yanacaqdoldurma məntəqənin birində, bir sıra qanun pozuntuları aşkar ediblər.

Anspress-in məlumatına görə, yanacaqdoldurma məntəqəsində çalışanlar, komitə əməkdaşlarına heç bir sənəd təqdim etməyib, üstəlik, onlara hədə-qorxu gəliblər.

Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitəsinin, Lənkəran ərazi idarəsi, Lerik rayonu ərazisində dövlət nəzarəti planına uyğun xidmətlərini apararkən, yanacaqdoldurma məntəqənin birində, bir sıra qanun pozuntuları aşkarlayıblar. Məlum olub ki, fiziki şəxs Ramin Şiriyevə məxsus yanacaqdoldurma məntəqəsində, hər 10 litrə 0,5 litrdən çox yanacaq kəsilərək, istehlakçılara xeyli miqdarda ziyan vurulur.

"Reyd zamanı yanacaqdoldurma məntəqəsində lisenziyasız fəaliyyət göstərən və olduqca təhlükə törədə bilən maye qaz doldurma məntəqəsi də aşkarlandı. Məntəqədə çalışanlar, əməkdaşlara, fəaliyyətləri ilə bağlı heç bir sənəd təqdim etməyib. Üstəlik, onlara hədə-qorxu da gəliblər", - deyə xidmət nümayəndəsi Akis Kərimov bildirib.

İstehlakçıların hüquqlarını təmin etmək məqsədi ilə qeyd olunan yanacaqdoldurma məntəqəsinə tələbnamələr verilib. Yanacaqdoldurma məntəqəsinin fəaliyyəti isə müvafiq sənədlər təqdim olunana kimi dayandırıldı.

Milli.Az