Azərbaycanda hava ilə bağlı ciddi anonslar bitmir: bu dəfə...

30 Yanvar 2014 12:27

Sabah Azərbaycanın bəzi ərazilərində covğun olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 31-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Arabir güclənən şimal-şərq küləyi əsəcək. Çovgun olacağı ehtimalı var. Gecə və gündüz 1-3 dərəcə şaxta daha da olacaq. Axşam temperatur bir qədər də enəcək. Axşam 5 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılıb. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında yanvarın 31-də arabir qar yağacaq, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Milli.Az