Anası azərbaycanlı, atası erməni olan məktəbli deportasiya oluna bilər

30 Yanvar 2014 12:17

Baqrat Ohannisyanı Fransada azərbaycanlı sayırlar

Fransanın Marsel şəhərində yaşayan erməni-azərbaycan əsilli məktəbli Baqrat Ohannisyan ölkədən deportasiya edilə bilər.

Anspress-in news.am saytına istinadən verdiyi məlumata görə, məktəbli Fransaya qeyri-qanuni gəlməkdə ittiham olunur.

"Sərhədsiz təhsil" şəbəkəsi artıq məktəblinin oxuduğu litseyə etiraz edib. Onlar uşağın administrativ saxlanma mərkəzində deyil, məktəbdə olmalı olduğunu bildirirlər.

Qeyd edək ki, Baqrat Ohannisyanı Fransada azərbaycanlı sayırlar.

Belə ki, onun anası azərbaycanlıdır, atası isə Azərbaycanda yaşayıb. Baqrat Abxaziyada doğularaq Rusiyada yaşayıb.

Milli.Az