Bakıda xəstənin səhhəti yox, bədənindəki izlər həkimləri heyrətə saldı
30 Yanvar 2014 12:11
Bakıda həkimləri xəstəxanaya gətirilən adamın bədənindəki izlər heyrətə gətirib. Xətai rayonundan 1 saylı Şəhər Xəstəxanasına aparılan 39 yaşlı İlham Qarayevin bədənində kəsik izlərindən yer olmayıb.
Milli.Az xəbər verir ki, İ.Qarayev ötən gün huşsuz vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu həyata qaytarmaq mümkün olmayıb. Onun psixotrop maddələrdən zəhərləndiyi məlum olub.
Xətai Rayon Polis İdarəsindən məlumat əldə etdik ki, İ.Qarayev dəfələrlə məhkum olunub. Mütəmadi olaraq özünü doğrayaraq polisə düşürmüş. Narkotik istifadəçisi olduğundan ailəsi onu müalicə etdirirmiş. Təxminən 2-3 ay evdə qapalı mühitdə saxlanılan İlham gizli yolla psixotrop dərmanlar taparaq içib.
Anar Məmmədov
Milli.Az