Azərbaycanda avtobus 4 avtomobillə toqquşub - YENİLƏNİB - VİDEO - FOTO

30 Yanvar 2014 11:49
11:34

Qubada zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Milli.Az RTV-yə istinadən bildirir ki, hadisə yanvarın 29-u axşam saatlarında Quba şəhərinin H.Əliyev prospektində qeydə alınıb.

Bakir Ələkbərovun idarə etdiyi sərnişin avtobusu Qubada Bakı istiqamətində hərəkətdə olarkən qarşısına "VAZ 21 07" markalı avtomobil çıxıb. Sürücü nəqliyyat vasitəsini "VAZ 21 07" dəyməməsi üçün sağ istiqamətə qaçırıb.

Bu zaman avtobus sürüşərək yoldan çıxıb və daha 4 avtomobilin qəzaya düşməsinə səbəb olub. Zəncirvari toqquşmada ardıcıl olaraq "Mersedes", "Nissan", "Prado" və "Niva" markalı avtomobillər iştirak edib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə və yol kənarındakı sürahilərə ciddi ziyan dəyib. Qəza zamanı sərnişin avtobusunun içərisində 5 sərnişin olub.

Nəqliyyat vasitəsi Rustovdan Bakıya gedirmiş. Qəzadan sonra Qubadan Bakı istiqamətində olan ikizolaqlı yolun bir hissəsində avtomobillərin hərəkəti bir müddət məhdudlaşdırılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az

---------
11:49

Böyütmək üçün şəkillərə klikləyin.