Bakı hava limanında cinayət

30 Yanvar 2014 11:36

Hava limanının inzibati binasında 47 yaşlı kişi hücuma məruz qalıb

Heydər Əliyev Beynəlxalq Hava Limanında 47 yaşlı kişi döyülüb.

Milli.Az-ın məlumatına görə, 8-ci polis bölməsindən Anspress-ə bildirilib ki, 1967-ci il təvəllüdlü Daşqın Əli oğlu Muradov bölməyə döyülməyi barədə məlumat verib.

O, şikayətində bildirib ki, hava limanının inzibati binasında tanımadığı 3 nəfər onu döyüb. Üstəlik, həmin şəxslər ondan 2300 ABŞ dolları və 2500 manat pul alıb. Şikayət əsasında polis axtarış tədbirləri həyata keçirib. Hadisəni törtməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

Hazırda digər şəxslərin axtarışları davam edir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az