Azərbaycanlı teleaparıcı canlı efirdə həyəcan yaşadı - VİDEO

30 Yanvar 2014 12:07

Anidən baş verənlərdən özünü itirən aparıcı "Röya, Röya" deyərək qışqırıb

Ans TV-nin birbaşa yayımlanan "Salam, Azərbaycan" səhər proqramının dünənki buraxılışında həyəcanlı anlar yaşanıb.

Anspress-in məlumatına görə, Aytən Səfərovanın aparıcısı olduğu verilişdə hava proqnozu verilən zaman birbaşa yayımda binanın damından hava proqnozunu verən Röyanın küləyin gücündən kənara sıçraması və qəfildən kameradan itməsi Aytəni dəhşətə salıb.

Anidən baş verənlərdən özünü itirən aparıcı "Röya, Röya" deyərək qışqırıb. Röyanın yenidən gülərək görüntülənməsi ilə sakitləşən Səfərova, çox qorxduğunu etiraf edib və Röyadan tezliklə damdan aşağı enməsini istəyib.

Milli.Az