"Bavariya" son nəfəsdə qalib gəldi - VİDEO
30 Yanvar 2014 12:49
Almaniya Bundesliqasında təxirə salınmış bir qarşılaşma baş tutub.
Qol.Az-ın məlumatına görə, "Bavariya" səfərdə "Ştuttqart"ın qonağı olub. Oyun Münhen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Bavariya" Mərakeşdə keçirilən klublararası dünya çempionatında iştirak etdiyi üçün "Ştuttqart"la oyun təxirə salınmışdı. Dünya çempionatının qalibi isə məhz "Bavariya" olmuşdu.
"Ştuttqart" - "Bavariya" - 1:2
Qollar: İbişeviç, 29 (1:0), Pizarro, 76 (1:1), Alkantara, 90+2 (1:2)
Milli.Az