O, Twitter və İnstagram-dakı profillərində paylaşdığı fotolarla xüsusi diqqət çəkir.
Milli.Az AHT-yə istinadən bildirir ki, 2012-ci ildə 85 milyon dollar xalis gəlir əldə edərək məşhur qolfçu Tayqer Vudsu belə, geridə qoyan Meyvezer pulu sel kimi xərcləməsi ilə ad çıxarıb.
Təqribən 140 milyon dollarlıq varidata malik F.Meyvezer lüks avtomobilləri, villaları, malikanələri, üstəlik pulları ifrat dərəcədə xərcləməsi ilə fəxr edir.
Fotoları paylaşandan sonra sərt tənqid olunan, görməmişlikdə və zövqsüzlükdə suçlanan boksçu dünən tənqidçilərinə cavab verib: "Bu mənim həyatımdır və xərclədiyim pulları da özüm qazanıram. Yaxşı eləyirəm!"
Milli.Az




































