Müasir Lolita: 11 yaşlı qızı zorlayan qoca cəzalandırılmadı - FOTO

30 Yanvar 2014 14:43

Məhkəmə 60 yaşlı kişinin 11 yaşlı qızla könüllü olaraq yatdığına qərar verib

İtaliyada Kassasiya məhkəməsi şok qərar qəbul edib.

Anspress-in "Teleqram.ee" saytına istinadən verdiyi məlumata görə, məhkəmə 60 yaşlı kişiyə 11 yaşlı qızla sevgi münasibəti yaşamasına bəraət qazandırıb.

Yəni məhkəmə, azyaşlı qızı zorlamada şübhəli bilinən kişinin üzərindən ittihamı tamamilə götürüb. Hakimlər qərar veriblər ki, 60 yaşlı sosial işçi Pyetro Lamberti və 11 yaşlı qız arasında həqiqi və səmimi hisslər yaranıb.

Qeyd edək ki, cütlüyün "sevgi hekayəsi" 2 il əvvəl başlayıb. Lambert o zaman vəzifə borcuna görə maddi imkamı olmayan ailənin qızını himayəsinə alır. Həmin ilin yayında sevgililəri kişinin şəhər kənarındakı evində, yataqda tutublar.

Yaşlı əxlaqsız 5 il müddətinə azadlıqdan məhrum edilə bilərdi. Əgər Kassasiya məhkəməsi işə qarışmasaydı. Kassasiya məhkəməsi pedofilə əməlinə görə bəraət qazandırıb.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.