Onu yedirdən əli bıçaqla kəsdi

30 Yanvar 2014 10:21
Şəmkir sakini 31 yaşlı Azər Məhərrəmov yaşadığı ünvanda bıçaqlanıb.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Azər Məhərrəmovu həmyerlisi 41 yaşlı Səbuhi Həsənov bıçaqlayıb. Belə ki, Məhərrəmov yaşadığı ünvanda Həsənov üçün ziyafət təşkil edib.

Spirtli içki qəbul etdikdən sonra onların arasında mübahisə düşüb. Uzun sürən mübahisənin sonunda Səbuhi Həsənov üzərində gəzdirdiyi bıçaqla Azər Məhərrəmova bir neçə bıçaq zərbəsi endirib. Hadisədən bir neçə saat sonra Şəmkir polisi Səbuhi Həsənovun yerini müəyyənləşdirərək saxlayıb.

Hazırda fakt üzrə araşdırmalar aparılır.

Milli.Az