Yanğın nəticəsində insan itkisi olmasa da, restorana külli miqdarda ziyan dəyib
Rusiyanın paytaxtı Moskvada Pyatnitskaya küçəsində restoran yanıb.
Anspress-in "Qolos Rosiya"ya istinadən verdiyi məlumata görə, yanğın nəticəsində insan itkisi olmasa da, restorana külli miqdarda ziyan dəyib. Yanğının sahəsi təxminən 500 kvadrat metr yeri əhatə edib. Yanğınla əlaqadər küçədə nəqliyyatın hərəkəti dayandırılıb.
İlkin məlumata görə, yanğın ilk olaraq binanın tavanında başlayıb və daha sonra içəriyə yayılıb. Bir qədər sonra isə qaz çəni partlayıb. Bina köhnə olduğundan divarların uçma təhlükəsi istisna edilmir.
Faktla bağlı araşdırma başlanıb. Yanğının başvermə səbəbi isə hələlik dəqiq məlum deyil.