Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi "Lider" telekanalında yayımlanan "Pərdə" verilişinə açıqlamasında şou-biznesdə sözünü demiş bir ifaçı olduğunu bildirib. "Bu sənətdə öz sözümü demişəm, ikinci bir kəlməyə ehtiyac yoxdur" deyən Rəqsanə yeniliklərindən bəhs edib:
"Məni axtarma" adlı yeni mahnı üzərində işləyirəm. Bu mahnını bir ifaçı ilə duet oxuyacağam. Tərəf-müqabilimin adını gizli saxlayıram. Bir də, Namiq Qaraçuxurlu ilə duet səsləndirəcəyəm".
Yeni prodüserindən söz açan sənətçi "Eltondan xeyir-dua almısınız?" sualına sərt cavab verib:
"Mənə heç kimin xeyir-duası lazım deyil. Elton ürəyiaçıq insandır. Yəqin ki, o da başa düşər. Anar Mədətov güvəndiyim, işini bəyəndiyim prodüserdir. Ona görə də seçimim o oldu. Enerji dolu insandır, işbirliyimiz uğurlu alınacaq".
Rəqsanə Azərbaycana gələndən xeyli çəki aldığını da etiraf edib:
"Meyvələri çox sevirəm. Çox vaxt ancaq meyvə ilə qidalanıram. Hər gün pəhriz saxlayıram. Amma Bakıya gələndən çox yeyirəm". Milli.Az