ABŞ-da konqresmen müxbiri vurdu - VİDEO - FOTO

30 Yanvar 2014 10:49

Müxbirin sualı Nyu-Yorkun nümayəndələr palatasında təmsilçisi Maykl Qrimin xoşuna gəlməyib

Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatasının Nyu-York təmsilçisi Maykl Qrimlə jurnalist arasında qalmaqal yaşanıb.

Anspress-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, prezident Barak Obamanın çıxışından sonra NY1 (EnVay1) telekanalının müxbiri Maykl Skotto konqresmenə Ədliyyə Nazirliyinin onun seçki kampaniyasına müdaxiləsi barədə sual verib. Sual nədənsə Maykl Qrimin xoşuna gəlməyib və "Əgər bir də o sualı versən, səni eyvandan aşağı atacam. Səni iki qatlayaram", - deyə jurnalistə cavab verib.

Dövlət rəsmisi ona qarşı fiziki zorakılıq da edib və hədə-qorxu gəlib.

Məlumata görə, daha sonra konqresmen jurnalistə qarşı etdiyi kobudluğa görə üzrxahlıq edib. Lakin qarşı tərəfin məsələ ilə bağlı hansı reaksiya verəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, jurnalist bir qədər əvvəl konqresmeni məhkəməyə verəcəyini demişdi.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.