Ensar Öğüt daha sonra kömür torbasını ailə və sosial siyasət naziri Ayşənur İslamın stolunun üstünə qoyub
Türkiyənin Cümhurtiyyət Xalq Partiyasından (CHP) millət vəkili çıxış etmək üçün parlament kürsünə kömürlə çıxıb.
Anspress-in yerli mətbuata istinadən verdiyi xəbərə görə, ölkədə 2 milyon ton kömür paylandığını deyən Ərdahan millət vəkili Ensar Öğüt bunun üçün 3.5 milyard lira (1 milyard 267 milyon manat) ödəndiyini deyib.
Ərdahanda paylanan kömürün daş və torpaqdan ibarət olduğunu deyən Öğüt bildirib ki, kömürün mədəndən çıxış qiyməti 70-80, (25-28 manat) dövlətə maliyyəti 400 lirədir (145 manat).
Ensar Öğüt daha sonra üzərində "Ailə və sosial yardımlaşma fondu" yazılmış kömür torbasını ailə və sosial siyasət naziri Ayşənur İslamın stolunun üstünə qoyub.