"Misirliləri Səudiyyənin pulu ilə öldürürlər"

30 Yanvar 2014 14:18

Hazırda Qətərdə yaşayan, "Müsəlman qardaşları" hərəkatının ruhani lideri şeyx Yusif əl Kardaui Səudiyyə Ərəbistanı hakimiyyətinə müraciət edib

Lent.az-ın "nyusru"-ya istinadən məlumatına görə, o, krallığı Misirdəki hakimiyyəti maliyyələşdirməyi dayandırmağa çağırıb.

"Səudiyyə Ərəbistanı hakimiyyətinin devrilişin təşkilatçılarına milyardlarla dollar ayırmasına təəccüblənirəm. Axı qiyamçılar Allahdan və islam dəyərlərindən çox uzaqdırlar. Onların qonşu dövlətlərlə bağlayan ortaq maraqlardır", - deyə nüfuzlu din xadimi bildirib.

Onun sözlərinə görə, qanuni prezident Məhəmməd Mursini devirən feldmarşal əs-Sisi Səudiyyə Ərəbistanının pullarından istifadə edib.

Milli.Az