34 yaşlı referi ötən il Sinqapurda idarə etdiyi bir matçda seks qarşılığında oyunun nəticəsinə müdaxilə edib. Sabbağın bu saxtakarlığı Asiya Futbol Konfederasiyası tərəfindən təsdiqlənmişdi. FİFA bununla bağlı qərar verərək Sabbağı ömürlük, baş hakimin köməkçiləri Əli Eyid və Abdullah Talebi isə 10 illik futboldan uzaqlaşdırıb. Qərara əsasən, onlar hətta cəzalı olduqları müddət ərzində stadionlara belə girə bilməyəcəklər.
Milli.Az