Konqresmen Ed Pastor 20 Yanvar Faciəsinin 20-ci ildönümü münasibətilə ABŞ Konqresində bəyanat verib

30 Yanvar 2014 09:02
AzərTAc xəbər verir ki, ABŞ konqresmeni Ed Pastor 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Konqresdə bəyanat yayıb.

Konqresmen 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik qazanmaq əzmini qırmadığını və azadlıq uğrunda mübarizənin 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin elan olunması ilə nəticələndiyini qeyd edib.

Konqresmen Ed Pastor Azərbaycanın müstəqillik arzusunun həmişə xüsusi olduğunu bəyan edib və hələ 1918-ci ildə qurulan ilk müstəqil Azərbaycan Respublikasının qadınlara seçki hüququ verdiyini vurğulayıb.

Milli.Az