Atların adamlardan çox olduğu yer - FOTO

30 Yanvar 2014 15:14

Çin təqviminə görə, bu il At ilidir. Çinin şimalında, Daxili Monqolustan vilayətindəki çöllərdə milyonlarla at bəslənir.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, monqollar özlərinin at cinsi ilə dünyaca məşhurdur. 1227-ci ildə vəfat etmiş dahi xaqan Çingizxanın imperiyasının qurulmasında da monqol atları əvəzorlunmaz vasitə idi.


İndi monqol çöllərində 3 milyondan artıq at bəslənir.


Bu atlar üçün qışda havaların -40 dərəcəyədək soyuması da qorxulu deyil.


Daxili Monqolustanda 3 milyon atın olduğunu nəzərə alsaq, orada atların sayı adamların sayından artıqdır.


Çinin Daxili Monqolustan əyalətində, Hilinqol çayının sahillərindəki atların və onları otaran monqolları əks etdirən fotoları təqdim edirik.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.