Nəqliyyat nazirliyinin işçisi jurnalistlərə hücum çəkdi - YENİLƏNİB - FOTO
30 Yanvar 2014 09:15
09:15
Ötən gecə Bakıda yol qəzası baş verib. Anspress-in məlumatına görə, Heydər Əliyev prospektində "Mercedes" markalı, 01 BL 348 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yol kәnarındakı arakәsmәyә çırpılıb. Qəza zamanı xoşbəxtlikdən sürücü Vidadi Pәnah oğlu İsmayılova cidid zərər dəyməyib. Lakin avtomobil yararsız hala düşüb.
Qeyd edək ki, qəzadan sonra qəribə hadisə baş verib. Avtomobili əzilən Vidadi İsmayılov əsəbləşərək, hirsini hadisəni çəkmək istəyən jurnalistlərdən çıxıb. O, qəfil müxbirlərə hücum edib. Orada olan yol polisləri sürücünü birtəhər sakitləşdirə biliblər. Deyilənlərə görə, hadisə zamanı kanallardan birinin operatorunun kamerası da sınıb.
Faktla bağlı araşdırma aparılır.
-----------
08:58
Ötən gecə Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, Heydər Əliyev prospekti ilə hərəkət edən "Mercedes Benz" markalı "01 BL 348" dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq yol kәnarındakı arakәsmәyә çırpılıb.
Sürücü xəsarət almasa da, maşına ziyan dəyib.
Qəzaya uğrayan avtomobilin sürücüsü İsmayılov Vidadi Pәnah oğlu Nəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" Departamentinin әmәkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.






----------
08:58
