Mətbəx sirləri: "Cənnət quşu"

16 Fevral 2014 07:00
Milli.Az "Cənət quşu" salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1 toyuq döşü
1 soğan
ədviyyat
300 q ananas konservi
200 q parmezan pendiri
100 q keşyu
göy soğan

Toyuq ətini 1 diri baş soğan, duz, ədviyyat (istiot, qara dənəvər istiot, dəfnə yarpağı və digər xoşunuza gələn ədva) ilə birlikdə qaynadın. Soyudub xırda doğrayın.

Salatı aralarına mayonez çəkməklə lay-lay düzün:

toyuq + xırda doğranmış ananas + bir az xırdalanmış keşyu + sürtgəcdən keçirilmiş pendir + xırda doğranmış göy soğan.

Üzərini zövqünüzə görə bəzəyə bilərsiniz.

Nuş olsun!

Resept və foto: vk.com/feed

Milli.Az