Bakıda sürücü hirsi: yol polisi bunu edə bilərmi? - FOTO

30 Yanvar 2014 00:30
Bakıda yol polisinin hərəkəti sürücüləri hiddətləndirib. Buna səbəb yol polisinin avtomobili şəhərin mərkəzi hissəsində saxlayaraq protokol yazmasıdır.

Oxuculardan biri Milli.Az-a yazır ki, yol polisi paytaxtın mərkəzi Şeyx Şamil küçəsində hərəkətin intensiv vaxtı sürücülərə problem yaradıb. Müfəttiş yolun hər iki tərəfindən avtomobillərin dayanıb-durma qaydalarını pozan sürücülərə məhəl qoymayaraq, hərəkətdə olan avtomobilə "saxla" əmri verər. Sonra isə arxayınlıqla ona protokol yazır. Yol polisinin bu addımı düzdürmü?

Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov Milli.Az-a açıqlamasında bildirdi ki, belə hallar yol polisi əməkdaşının diqqətində olan prosesdir. Bölmə rəisinin sözlərinə görə, yol polisi nəqliyyat vasitəsinin təhlükəsiz yerdə saxladığını hesab edirsə və hərəkətə maneə yaratmırsa, o halda mümkündür.

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Foto: Elşən İmanov