Milli.Az ICTnews-a istinadən bildirir ki, elektron açar xüsusi tətbiqdə olacaq. Kirayənişin qapının yanında olduqda o, Bluetooth simsiz rabitəsi vasitəsilə açılacaq. Sözügedən tətbiq iPhone 4S və yeni, həmçinin 4.3 versiyası ilə işləyən Android-smartfonlarla uyğundur. İlk öncə belə təcrübə Manhetten və Silikon Vadisində Aloft Hoteldə tətbiq ediləcək. Bundan sonra başqa mehmanxanalar da bu sistemi tətbiq edə bilərlər.
Starwood mehmanxanalar şəbəkəsi rəhbərləri hesab edirlər ki, açarların smartfonlarla əvəzlənməsi ödənişsiz Wi-Fiın yaranması anından ən böyük texnoloji dəyişiklik olacaq.
Milli.Az