"Artıq bir neçə ildir ki, ölkə prezidentinin həyata keçirdiyi siyasət, cəmiyyətin böyük bəlası olan korrupsiyaya qarşı onun son dərəcə ciddi mübarizəsi gündəmdədir. Bu bəladan cəmiyyətin azad olunması istiqamətində atılan inzibati addımlar, korrupsiya və rüşvətin aradan qaldırılması istiqamətində işlənib hazırlanan tədbirlər, bu tədbirləri həyata keçirəcək qurumların yaradılması diqqəti cəlb edir. Ölkə prezidentinin layihəsi kimi gündəmə gələn və reallaşdırılan "ASAN Xidmət" korrupsiyaya qarşı mübarizə istiqamətində böyük səmərə verib və xüsusi əhəmiyyət daşıyır. Onun göstərdiyi xidmətlər, verdiyi töhvələr cəmiyyətdə yüksək dəyərləndirilir". Bunu qəzetimizə açıqlamasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı dedi.Ekspertlər əmindir ki, təkliflər qəbul olunduqdan sonra baş idarə korrupsiyaya qarşı daha geniş mübarizə apara biləcək