Milli.Az ICTnews-a istinadən bildirir ki, Britaniyanın British Sky Broadcasting Group (BSkyB) televiziya şirkətinin iddialarına əsasən belə addım atılıb. Televiziya şirkəti Microsoftu ona məxsus Sky brendinin hüquqlarını pozmaqda ittiham edib.
2013-cü ildə Böyük Britaniyada yerləşən məhkəmə televiziya şirkətinin xeyrinə qərar çıxarıb. Microsoft korporasiyasının qarşısına SkyDrive xidmətinin adını dəyişdirmək öhdəliyi qoyulub və yeni ad seçimi ilə bağlı vaxt verilib.
Proqram nəhənginin nümayəndələri deyib ki, xidmətin adının dəyişdirilməsi fayl saxlancının işinə təsir etməyəcək. Şirkətdən bildirilib ki, OneDrive sözü xidmətin konsepsiyasını düzgün əks etdirir: bu, vacib məlumatların saxlanılması üçün vahid yerdir.
SkyDrive xidməti istifadəçiyə buludda ödənişsiz 7 QB disk yeri təklif edir. Bununla belə, əlavə disk yeri üçün pul ödəmək lazımdır. Fayl saxlanc xidməti Windows 8.1 əməliyyat sistemində istifadə olunur: orada istifadəçi məlumatları və sazlamalar saxlanılır.
Milli.Az