Ericsson və Samsung barışdılar

28 Yanvar 2014 22:13
İsveçin Ericsson və Cənubi Koreyanın Samsung şirkətləri iki ildir lisenziya sazişinin müddətini uzatmağa imkan verməyən bütün patent mübahisələrinin sona yetməsi ilə bağlı razılığa gəlib. Bu barədə İsveçin Ericsson şirkətinin məlumatında deyilir.

Sazişdə iki şirkətin GSM, UMTS texnologiyasına, eləcə də şəbəkə və mobil qurğular üçün LTE rabitəsinə aid patentlərin çarpazlaşdırılmış lisenziyalaşdırılması şərtləri qeyd olunub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, uzunmüddətli saziş çərçivəsində Cənubi Koreya istehsalçısı Ericsson şirkətinə ilk ödənişlər və kompensasiyalar ödəyəcək. Ericssonun məlumatına görə, ödənişlər nəticəsində 2014-cü ilin dördüncü rübündə mədaxilin 652 milyon dollar (4,2 milyard İsveç kronu) və xalis gəlirin 512 milyon dollar (3,3 milyard İsveç kronu) artacağı gözlənilir.

Saziş bizə diqqətimizi yenidən yeni texnologiyalara yönəltməyə imkan verməklə digər innovatorlarla ideyaları bölüşmək üçün stimul rolunu oynayacaq, - Ericssonun əqli mülkiyyət hüququ üzrə rəhbəri Qasim Əlfəllahi bildirib.

Milli.Az