Milli.Az 4charx.com-a istinadən bildirir ki, şassi nömrəsi 21 olan bu AM ONE - 77 Black Jack Edition ağ-mirvari rəngli eksteryerə və qırmızı-qara interyerə malikdir. Onun fərdi xüsusiyyətlərindən, məsələn, mərkəzi konsolda həkk edilmiş qaratoxmaq tuz-kral oyun kartlarını qeyd etmək olar.
İctimai premyerası 2012-ci ildə Pekin avtosalonunda olmuş Britaniya superkarı 1.89 milyon avro qiymətləndirilir. Bu isə onun ilk dəyərindən iki dəfə çoxdur.
Milli.Az