Ən ucuz BMW 7-Series - FOTO
28 Yanvar 2014 19:24
BMW yeddinci seriya sedanın münasib qiymətə yeni versiyası - 720i çıxacaq. Bu model haqqında informasiya alman avtoistehsalçının saytında peyda olub. Görünür, məlumat vaxtından əvvəl yerləşdirilib və buna görə də tezliklə silinib, ancaq Jalopnik resursunun oxucularından biri dərhal ekran görüntüsünü çəkməyə imkan tapıb. Milli.Az 4charx.com-a istinadən bildirir ki, hal-hazırda Almaniyada ən "ucuz" BMW 7-Series dizel 730d versiyasıdır - yerli bazarda onun qiyməti 74 200 avrodur. BMW 720i qiymətinin təxminən 70 000 avro təşkil edəcəyi gözlənilir. Yeni model 2,0-litrlik 170-güclü dörd silindrli benzin mühərriki ilə təchiz edilməlidir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

