Azərbaycanın ilk qrossmeysterinin ölümünü Vüqar Həşimovla bağlayan nədir? - YENİLƏNİB - FOTO
28 Yanvar 2014 13:22
13:22
Bir neçə gün əvvəl dünyasını dəyişən, yüzxanalı dama üzrə tanınan Azərbaycanın məşhur idmançısı Eldar Əliyevin oğlu Elvin Əliyev atası haqda niskilli məlumatlar açıqlayıb.
Azərbaycanın ilk milli qrossmeysterinin oğlu Milli.Az-ın əməkdaşına bildirib ki, məşhur şahmat ustası Vüqar Haşimovun ölüm xəbərini eşidəndə atası sarsılıb. Ailəsi Həşimovun ölüm xəbərini gizlətmək istəsə də, təsadüfən tibb bacısının ağzından qaçıb.
Eldar Əliyev beynəlxalq dərəcəli usta, 19 dəfə Azərbaycan çempionu, Asiya çempionatının bürünc mükafatçısı və SSRİ silahlı qüvvələrinin yarışında qızıl medalçısı olub.
---------
12:43
Azərbaycanın tanınmış idmançılarından olan, bir sıra yerli və beynəlxalq turnirlərdə ölkəmizə layiqincə təmsil edən beynəlxalq dama ustası Eldar Əliyev vəfat edib.
İdmançının ailəsindən AzNews.az-a verilən məlumata görə, 40 il ərzində peşəkar şəkildə dama ilə məşğul olan Eldar Əliyev Azərbaycan, keçmiş SSRİ məkanı, eləcə də Avropa və dünyada keçirilən bir sıra beynəlxalq yarışlarda ölkəmizi təmsil edib.
Azərbaycan çempionatında 10 dəfəyə yaxın qalib olan E.Əliyev həmçinin ali məktəbdə riyaziyyat fənnini də tədris edib.
Maraqlıdır ki, yanvarın 18-də vəfat edən idmançı barədə ictimaiyyətə heç bir məlumat verilməyib, aidiyyəti qurumlar tərəfindən lazımi addımlar atılmayıb.
Tuncay TürbəndəzadəMilli.Az
Böyütmək üçün şəklə klikləyin.
