Meydoffun məxmər başmaqları satılır

23 Oktyabr 2010 11:34
Dünya tarixində ən böyük maliyyə piramidası yaradaraq minlərlə əmanətçini aldatdığına görə 150 il həbs cəzası almış amerikalı investor Bernard Meydoffun məxmər başmaqları Nyu-Yorkda keçiriləcək hərracda satılacaq.

"The Daily Mail" bildirir ki, başmaqlarla yanaşı, Meydoff və onun arvadı Ruta məxsus 400 əşya da satışa çıxarılacaq. Onların arasında brilyant üzük və fortepiano da var.

Satışdan əldə edilən pullar Meydoffun yaratdığı "Madoff Securities" investisiya fondunun qurbanları arasında bölüşdürüləcək.

/Ekspress/