Dəhşətli kadrlar: qızı möcüzə xilas etdi - VİDEO - FOTO

28 Yanvar 2014 10:04
Avstraliyada unikal olaylardan biri yaşanıb. Yeni Cənubi Uels vilayətindəki Sprinqvud stansiyasının platformasında durub qatar gözləyən sərnişin qız şübhə doğurmurdu. O, platformadakı skamyada sevgilisinin yanında oturmuşdu.


Lakin qatar platformaya yaxınlaşanda qız qəflətən yerindən durub və yük-platforma vaqonuna atılıb.

Ayağı sürüşən qız relslərin arasına düşüb.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, sevgilisi relslərin arasındakı qızı görəndə şoka düşüb. O, qışqıraraq polis çağırıb.

Hadisə yerinə gələn stansiya işçiləri və polis əməkdaşları relslərin arasındakı qızı çıxararaq xəstəxanaya aparıblar.


Qız möcüzə nəticəsində sağ qalıb.

Xəstəxanada onun qollarına və başındakı yaralara bir neçə tikiş qoyulandan sonra həmin xanım evə buraxılıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.