9 min dollara çadır satılır - FOTO

28 Yanvar 2014 15:44
"Altair Tent" adlı bu çadır dünyanın ən yazxşı və lüks otellərindən biri sayılan "Paris Ritz Carlton"da bir gecəlik yaşam haqqından da bahadır.

Belə ki, bu çadır 8998 dollara satışa çıxarılıb.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Anthropologie" şirkətinin istehsalı olan çadırın sahəsi 11,148 m2-dir.

Nyu-Yorkdakı superlüks "Ritz Carlton Central Park Hotel"də "Premiere Park Suite" nömrəsində sutkalıq yaşam haqqı 3170 dollar olduğu halda, bu
çadır potensial alıcıya nə təklif edir?


Faktiki olaraq, heç nə. Çünki "Altair Tent"də kondisioner, mebel və s. yoxdur.

Sadəcə, çadır - vəssalam.


Müqayisə üçün deyək ki, ABŞ və Britaniyada ən populyar çadır olan "LL Bean"ın dəyəri 389 dollardır.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.