Prezident İlham Əliyev honduraslı həmkarını təbrk edib

27 Yanvar 2014 17:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Honduras Respublikasının Prezidenti Xuan Orlando Ernandes Alvaradoya təbrik məktubu ünvanlayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Honduras Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Honduras əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Andiçmə mərasiminə dəvətinizə görə təşəkkür edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Honduras xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Milli.Az