Yasin surəsini bir neçə adamın ruhu üçün tapşırmaq olarmı?

27 Yanvar 2014 23:53
Yasin surəsini və ya bütün Quranı oxuyandan sonra bir neçə adamın ruhu üçün tapşırmaq olarmı, yoxsa yalnız bir nəfər üçün tapşırılmalıdır?

Milli.Az İslam.az-a istinadən bildirir ki, Quranı, Yasini və ya hər hansı duanı yalnız bir nəfər mərhumun ruhuna da hədiyyə etmək olar, çoxlu mərhumların da. Bunu Quranı oxumağa başlamazdan əvvəl niyyət etmək lazımdır. Adətən, Quran və Yasin oxuyandan sonra axırda tapşırma duası adlı dua oxuyurlar. Ərəbcə oxunan bu duada Quranın bir nəfərin yoxsa çox adamın, qadının yoxsa kişinin ruhuna hədiyyə edildiyi fərqli ifadələrlə söylənilir.

Milli.Az