Hitlerlə bağlı şok iddia - FOTO

26 Yanvar 2014 14:44

Brazilyalı yazıçı Hitlerin 1984-cü ildə, 95 yaşında olarakən vəfat etdiyini qələmə alıb

Həyat yoldaşı Eva Braunla birlikdə 30 aprel 1945-ci ildə bunkerlərin birində intihar etdiyini bildiyimiz dünyanın 1 nömrəli nasisti Adolf Hitlerin həyatı ilə bağlı yeni iddia meydana çıxıb. Milli.Az-ın anspress-ə istinadən verdiyi məlumata görə, iddiada Hitlerin 95 yaşına qədər Braziliyada yaşadığı bildirilir. Simoni Renee Guerreiro Dias adlı brazilyalı yazıçı "Hitlerin Brazilyada yaşamı və Ölümü" adlı yeni kitabında, nasist liderinin 1984-cü ildə, 95 yaşında olarakən Brazilyada vəfat etdiyini qeyd edib.

Yazıçı Hitlerin yaşadığını təsdiq edən şəkili də kitabında paylaşıb. Kitabda Hitlerin irqçi bir qadınla həyat sürməsinə də geniş yer ayırılıb. Həmçinin orada Hitlerin müttəfiqlərinə xəzinə xəritəsini təqdim etdiyi barədə də məlumatlar da qələmə alınıb.

Xatırladaq ki, Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriyanın Braunau şəhərində anadan olub. Adolf 13 yaşında atasını, 18 yaşında isə anasını itirib. 1918-ci ilin sonunda Hitler Münhenə gedib və ordu sıralarına yazılıb. Kapitan Ernst Remin tövsiyəsi ilə "Alman Fəhlə Partiyası"na qoşulan Hitler tezliklə partiyanın yaradıcılarını kənarlaşdıraraq onun yeganə liderinə çevrilib. Onun təşəbbüsü ilə 1919-cu ildə partiyanın adı dəyişdirilərək "Alman Nasional Sosialist Fəhlə Partiyası" (Nationalsozialistische Deutsche Arbeiterpartei, NSDAP) adlandırılıb.

Partiyadakı tərəfdarları alovlu çıxışlarına və qətiyyətliliyinə görə Hitlerə "Fürer" (rəhbər) ləqəbi veriblər. 1924-cü ilin fevral-mart aylarında keçirilən məhkəmənin qərarı ilə Adolf Hitler 5 il müddətinə həbsə məhkum edilsə də, cəmi 10 ay sonra azadlığa buraxılıb. Həbsdə olduğu müddətdə özünün məşhur "Mənim mübarizəm" (Mein Kampf) adlı kitabının birinci hissəsini yazıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.