"Qalatasaray" məşhur "tutuquşu"nu almaq istəyir

25 Yanvar 2014 11:17

"Qalatasaray" daha bir transfer bombasını partlatmaq istəyir.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər veri ki, "Cim Bom" "İnter" Milanın kolumbiyalı "tutuquşu"sunu almaq  üçün 10 milyon avro verməyə hazırdır. Lakin italyanlar onu bu qiymətə satmağa razı deyillər. "İnter" futbolçusu üçün 13 milyon avro istəyir.
  

27 yaşlı Quarin 2012-ci ildə "Porto"dan "İnter"ə 13.5 milyon avroya transfer olunmuşdu.

Tuncay
Milli.Az