Bundan əvvəl Çin istehsalçısı IBM-in Intel və AMD şirkətlərinin istehsalı olan x86 arxitekturalı prosessorlar üçün serverlərin hazırlanması ilə məşğul olan bölməsinin satın alınması ilə bağlı danışıqlar aparıb.
Qeyd edək ki, IBM serverlər istehsal edir, eləcə də istifadəçilərə bulud və internet servisləri təqdim edir. Korporasiyanın 2013-cü ilin üçüncü rübündə server həllərinin satışından mədaxili ikinci rüblə müqayisədə 18,9 faiz azalaraq 2,8 milyard dollar təşkil edib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Lenovo server, fərdi kompüter, planşet və smartfonların istehsalı ilə məşğul olur. 2013-cü ilin dördüncü rübünün yekunları üzrə Çin istehsalçısı 18,1 faizlik payla (14,9 milyon ədəd) dünyada fərdi kompüterlərin satışı üzrə birinci yeri tutub, dünya serverlər bazarında liderlər üçlüyünə daxil ola bilməyib.
Milli.Az