Milyarder ata qızının könlünü oğurlayana milyonlar vəd edir - FOTO
23 Yanvar 2014 15:31
Honqkonqlu oliqarx Çao Şetszyun bəyan edib ki, qızının könlünü oğurlayacaq oğlana 120 milyon dollar mükafat verəcək. Milli.Az Rusiya mətbuatına məlumatına görə, 76 yaşlı Çao Şetszyun deyir ki, Sesil adlı qızının sevəcəyi kişinin varlı və ya kasıb olması onu maraqlandırmır. Əsas odur ki, comərd və böyük ürəyə sahib biri olsun.
Ancaq qadının könlünü oğurlamaq elə də asan deyil. Məsələ burasındadır ki, qız lezbiyandır. Yalnız qadınlara maraq göstərir.
Qadın Parisdə öz rəfiqəsinə ərə gedib. Honqkonqda isə eynicinslilərin nikahı qadağandır.
Çao Şetszyun əmindir ki, pul mükafatı kişilər üçün böyük stimul olacaq və qızı ilə münasibət quraraq onu doğru yola çəkə biləcəklər.
Sesil isə, görünür, fikrindən dönmək niyyətində deyil. Cəmiyyət arasında gənc rəfiqəsi ilə görünür. Hətta bir dəfə mətbuata açıqlamasında yatağına 10 mindən çox qadın girdiyini deyib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.



