Lexus yenidən tamamlanır - FOTO

23 Yanvar 2014 19:56
Bu günlərdə Detroytda "yüklənmiş" kupe "Lexus RC F"-in rəsmi təqdimat mərasimi keçirildi. Düzdür, hələlik, stenddə seriyadan əvvəlki nümunə təqdim olundu, konveyerə isə avtomobil yayın sonlarında çıxacaq.

Milli.Az Auto.az-a istinadən bildirir ki, lakin artıq Şəbəkədə yeniliyin Carbon Package tamamlanma paketi ilə təsvirləri meydana gəlib. Qeyd etmək lazımdır ki, bu Leksusa xas olan mükəmməlləşdirmə dəsti deyil. Xatırladaq ki, kupe "RC F" 450 a.g. verən beşlitrlik V8-lə təchiz olunub.

"Lexus" modelləri üçün əvvəllər də tamamlanma paketləri təqdim olunub. Lakin əsasən bununla tüninq-atelyelər, həmçinin TRD-nin zavod bölməsi məşğul olub. Yeni kupe üçün isə yaponlar özləri kömür plastik kütləsindən dəst təqdim edəcəklər.

Dəstə kapot və dam, həmçinin arxada aktiv spoyler daxildir. Texniki nöqteyi nəzərdən yenilik gözlənilmir. Carbon Package-in qiyməti hələlik məlum deyil.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.