Yaponlar Rolls-Royce-u belə dəyişdilər - FOTO

23 Yanvar 2014 23:35
Tokio emalatxanası Office-K birinci dəfə deyil ki, ən təmtəraqlı avtomobilləri tüninq edir və buna görə də uğur qazanacaqlarına bir damcı şübhə etmədən yaponlar növbəti dəfə Britaniyanın Rolls-Royce Phantom limuzinini işləyiblər.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, mötəbər sedan daha çox idman üslubu əldə edib və bu Wald International şirkətinin aqressiv Black Bison kuzov asması, iri diametrli təkər diskləri və bəzi başqa tamamlama işləri sayəsində mümkün olub. Bununla birlikdə tüner avtomobilin texniki içini də qismən müasir tələblərə uyğunlaşdırıb ki, bununla da tüninq edilmiş model standart modeldən daha çox fərqlənib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.