Lağa qoymaq istədi, alınmadı - FOTO

23 Yanvar 2014 14:49

Britaniyanın BBC teleradiokorporasiyasının Moskva müxbiri Stiv Rozenberq Rusiyanın Soçi şəhərindəki biatlon kompleksində çəkdiyi fotonu Twitter-dəki profilində yayandan sonra həmin foto sürətlə yayılıb.


Fotoda bir ayaqyolunda iki unitaz əks olunmuşdu.


Milli.Az bildirir ki, həmin foto Qış Olimpiya Oyunlarının keçiriləcəyi Soçidəki təşkilat komitəsinin və ümumiyyətlə, Rusiyanın ələ salınmasına, lağ və məsxərələrə səbəb oldu. Halbuki belə ayaqyolu olmayıb.


Gerçək budur ki, yarış təşkilatçılarından birinin xahişi ilə stadiondakı ayaqyollarından biri balaca anbar otağına çevrilməliydi. Stadionda 3 ayaqyolu olduğundan qutular və avadanlıq üçün əlahiddə otaq istənmişdi.


Bu səbəbdən də ayaqyollarından birini otağa çevirmək qərara alındı.


BBC jurnalisti də iki ayaqyolu arasındakı arakəsmənin söküldüyü, unitazların isə sökülmədiyi anda fotonu çəkərək Olimpiada iştirakçılarını lağa qoyub.


Fəqət bu situasiyada məsxərə obyekti gerçəkdən kim olmalıdır - özünüz düşünün...

Milli.Az 

Böyütmək üçün şəkillərə klikləyin.