Rusiyada mədəndə partlayış nəticəsində iki şaxtaçı ölüb
23 Yanvar 2014 09:04
Rusiyanın Kemerovo vilayətinin Prokopyevsk şəhərində yerləşən mədəndə metan partlayışı nəticəsində 2 nəfər ölüb.
APA-nın "Interfaks" agentliyinə istinadən verdiyi məlumata görə, digər şaxtaçıların hamısı xilas olunub.
Xəbər verildiyi kimi, yanvarın 22-də Prokopyevskdə, Dzerjinski adına mədəndə metan partlayışı baş verib. Hadisə zamanı yerin altında 105 şaxtaçı olub.
Faktla bağlı cinayət işinin açıldığı bildirilir.
Milli.Az