53 il əvvəldən çıxmayan insanlar - FOTO

23 Yanvar 2014 15:19
ABŞ-ın İndiana ştatındakı Şimal-Qərb Universitetində (Indiana University Northwest) fotoqrafiya kafedrasının dosenti Cennifer Qrinberq unikal fotoseriya hazırlayıb.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, C.Qrinberq 1950-ci illərin dəbi və yaşam tərzi ilə yaşayan insanların gündəlik həyatlarını əks etdirib.


"Bu insanlar elə yaşayırlar ki, sanki hələ də 1951-ci ildir. Onlar özlərini "rokabilli cərəyanının mənsubları" adladırırlar. 53 il əvvəldən çıxmayan insanların həyatları mənim üçün çox maraqlı idi. İlk əvvəl düşünürdüm ki, rokabilli dəbdir. Lakin sonra anladım ki, rokabilli həyat tərzi, icma və ya qrup təki yaşayan insanların yaşam mədəniyyətidir", - C.Qrinberq söyləyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Fotolar: Jennifer Greenburg