Yahoo! ən populyar oldu

22 Yanvar 2014 21:05
Yahoo! şirkətinə məxsus internet resursları ABŞ-ın fərdi kompüter istifadəçiləri arasında ən populyar saytlar siyahısına başçılıq edir. Bu barədə comScore analitik xidmətinin məlumatında deyilir.

2013-cü ilin dekabrında Yahoo! saytlarına ümumilikdə 195 milyon fərdi kompüter istifadəçisi daxil olub. İkinci yerdə Google internet şirkətinin resursları qərarlaşıb. Bu şirkətin resurslarından dekabrda 192 milyon nəfər yararlanıb. Üçüncü yeri 175 milyon unikal istifadəçi ilə Microsoft korporasiyasının saytları tutub. Reytinqdə dördüncü yerə 140 milyon daxilolma ilə Facebook sosial şəbəkəsi yiyələnib. Qeyd edək ki, reytinqdə mobil qurğular vasitəsilə resurslardan istifadə üzrə məlumatlar nəzərə alınmayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2011-ci ildən comScoreun reytinqində mütləq lider Google şirkəti olub. Yahoo! ilk dəfə internet şirkətini yalnız 2013-cü ilin iyulunda ötə bilib. comScoreun Yahoo! ilə bağlı statistikasında onun tərəfindən satın alınan Tumblr bloqhostinqi nəzərə alınmayıb. Hər ay resurs 34 milyon unikal istifadəçi haqqında statistik məlumat toplayaraq onları ayrıca sətirlə verir. 2013-cü ilin dekabrında Tumblr bloqhostinqi Twitter mikrobloqlar servisi, LinkedIn sosial şəbəkəsi və eBay internet mağazasından geri qalaraq 30-cu yeri tutub. 

comScoreun 2013-cü ildə saytlardan ümumi istifadə üzrə məlumatları (mobil trafik nəzərə alınmaqla) Googleun yenidən lider olduğunu göstərib. Belə ki, 2013-cü ilin fevralında Google saytları 228 milyon nəfərlik aylıq auditoriya toplayıb. Yahoo! resurslarından 18 milyon nəfər az istifadə edib. Microsoft və Facebook saytları hərəyə 175 milyon istifadəçi toplayıb.

Milli.Az