Yeni Jeep-in adı "Jeepster"dir

22 Yanvar 2014 20:47
Bu ilin martında Cenevrə avtosalonunda Jeep şirkəti yeni model - ən kiçik və ucuz krossover təqdim edəcək və onun adı... Jeepster olacaq. Belə güman edilir ki, məhz bu modelinin sayəsində Jeep Avropada möhkəmlənməyi bacaracaq və elə Asiyada da satışlar yuxarı getməlidir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Jeepster heç də sadəcə yerdən ara məsafəsi bir qədər artırılmış minik avtomobili deyil, öz seqmenti üçün tamamilə ciddi yolsuzluq avtomobili olacağı gözlənilir. Onda əlbəttə ki, rama olmayacaq, amma tamamilə layiqli tam ötürücü sistemin olacağı vəd edilir.

Maraqlıdır ki, Jeepster Fiat Punto əsasında yığılacaq. Bu səbəbdən onun mühərrikləri də həmçinin italyan olacaq. Bunlar ilk növbədə 0,9-litrlik (105 a.g.) və kompressorlu 1,4 litrlik (160 a.g.) benzin və 1,6-litrlik dizel (105 a.g.) olacaq.

Milli.Az