Müğənni Sevil və Sevinc bacıları 5 manatlıq kofta geyinirlər

22 Yanvar 2014 13:18
Müğənni Sevil və Sevinc bacıları qarderoblarından söz açıblar

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçilər geyimləri ilə öyünən həmkarlarının ünvanına sərt sözlər deyiblər. Əkiz bacılar "Telemaqazin" verilişinə açıqlamalarında 5 manatlıq kofta geyindiklərini etiraf ediblər:

"Hər ay anam bizim üçün xaricdən bir çanta dolusu paltar alıb göndərir. Onların qiyməti və ya brendi bizim üçün önəmli deyil. Hətta gedib qiyməti 5 manat olan kofta da almışıq, geyinmişik.

Əsas odur ki, əynimizdə gözəl qalıb, yaraşıb. Dəfələrlə olub ki, müğənni ilə mağazaya getmişik, 500 manata libas alıb. Efirdə görəndə isə eşitmişik ki, qiyməti 3 min manat deyir. Əgər bu paltar sənə yaraşmırsa, onu lap on min manata al, nə faydası var ki... Bizim müğənnilər özlərindən çox razıdırlar".

Milli.Az