Wikipedia təsisçisi bildirib ki, Böyük Britaniyanın TPO operatoruna ABŞ-dan başlamaqla beynəlxalq səviyyəyə çıxmağa yardımçı olmaq niyyətindədir. Bundan başqa, C.Ueyls onun TPO-ya gəlişinin mobil rabitə operatoruna əlavə diqqəti, həmçinin internet cəmiyyətinin diqqətini cəlb edəcəyini düşünür.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Fransanın Orange və Almaniyanın Deutsche Telekom şirkətlərinin birgə müəssisəsi olan The People's Operator mobil rabitə operatoru fəaliyyətə 2012-ci ilin noyabrında Böyük Britaniyada başlayıb.
TPO abunəçinin zəng, SMS və internet trafikinə xərclədiyi məbləğin 10 faizini (vergi tutulduqdan sonra) xeyriyyəçiliyə sərf edir. Ödənişin təyin edilməsini abunəçilər müstəqil şəkildə seçə bilər. Bundan başqa, şirkət mənfəətinin 25 faizini xeyriyyəçilik məqsədləri üçün xərcləmək niyyətindədir. Lakin TPO hələ ki mənfəət əldə etmir, habelə abunəçilərinin sayını gizli saxlayır.
Milli.Az